Prokuror onların 10 il həbsini tələb edir

21:16 - 27 May 2026 - GÜNDƏM

 Prokuror onların 10 il həbsini tələb edir

Auditorlar Palatasının mənimsəmədə ittiham olunan əməkdaşlarının iki ildən çoxdur davam edən məhkəmə istintaqı başa çatıb.

BUTA.TV”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Bu iş üzrə Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, Maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər mühasibi Fəridə Novruzova mühakimə edilir.

Prokuror onların üçünün də xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinməsini və hərəsinə 10 il həbs cəzası verilməsini tələb edib. Tələbə əsasən bu günə kimi azadlıqda olan müttəhimlər məhkəmə zalında həbs olunmalıdırlar.

Bu xəbər hal-hazırda çox oxunur
Nazir ilanı yalın əllə tutdu - Video

Təqsirləndirilən eks-vəzifəlilərə son sözə, vəkillərinə müdafiə çıxışına hazırlanmaları üçün vaxt verilib.

Xəri rus dilində oxuyun: По 10 лет тюрьмы: суд требует наказать экс-аудиторов

Qeyd edək ki, həmin şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 700 min manat mənimsəmədə ittiham olunurlar.

Sail Ağasəlim


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol