Xocalı rayonuna mayın 26-da növbəti köç olub.
Bu barədə Axa.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, bu gün rayonun 5 kəndinə ümumilikdə 29 nəfərdən ibarət 9 ailə qayıdıb. Köç edən sakinlərə yeni mənzillərinin açarları təqdim olunub.
Köç prosesi çərçivəsində Xanabad kəndinə iki ailə olmaqla 9 nəfər, Badara kəndinə iki ailə olmaqla 4 nəfər, Ballıca kəndinə bir ailə olmaqla 1 nəfər, Təzəbinə kəndinə bir ailə olmaqla 3 nəfər, Xanyurdu kəndinə isə üç ailə olmaqla 12 nəfər köçürülüb.
Sakinlər tam bərpa olunan və müasir infrastrukturla təmin edilən evlərində məskunlaşıblar. Köçürülən ailələr dövlətin yaratdığı şəraitdən məmnunluqlarını ifadə edərək doğma yurdlarına qayıtmağın sevincini yaşadıqlarını bildiriblər.
- “Kristal” bayramda da xidmətdə: Mənzil fürsətini qaçırma
- Komfortlu səyahət üçün AZAL-dan baqajla bağlı məsləhətlər
- Bu xəstəxanalara yeni direktorlar təyin olundu - Foto
- Deputat qanunların dilinə etiraz etdi
- TƏBİB-də yeni direktor təyinatları
- Qanunvericilikdən "arvad" sözünün çıxarılması təklif edildi
- Xocalıya daha 9 ailə qayıtdı - Foto
- FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirildi