Xocalıya daha 9 ailə qayıtdı - Foto

14:30 - 26 May 2026 - GÜNDƏM

 Xocalıya daha 9 ailə qayıtdı - Foto

Xocalı rayonuna mayın 26-da növbəti köç olub.

Bu barədə Axa.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu gün rayonun 5 kəndinə ümumilikdə 29 nəfərdən ibarət 9 ailə qayıdıb. Köç edən sakinlərə yeni mənzillərinin açarları təqdim olunub.

Köç prosesi çərçivəsində Xanabad kəndinə iki ailə olmaqla 9 nəfər, Badara kəndinə iki ailə olmaqla 4 nəfər, Ballıca kəndinə bir ailə olmaqla 1 nəfər, Təzəbinə kəndinə bir ailə olmaqla 3 nəfər, Xanyurdu kəndinə isə üç ailə olmaqla 12 nəfər köçürülüb.

Bu xəbər hal-hazırda çox oxunur
Bu telekanal Elşad Miriyə qadağa qoydu - Səbəb

Sakinlər tam bərpa olunan və müasir infrastrukturla təmin edilən evlərində məskunlaşıblar. Köçürülən ailələr dövlətin yaratdığı şəraitdən məmnunluqlarını ifadə edərək doğma yurdlarına qayıtmağın sevincini yaşadıqlarını bildiriblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol