Dövlət Gömrük Komitəsi tərəfindən keçirilmiş kompleks gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində xüsusilə külli miqdarda tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilərək realizə edilməsinin qarşısı alınıb.
BUTA.TV xəbər verir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxta sənədlərdən aldatma yolu ilə istifadə edilərək Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn nəqliyyat vasitəsindəki “gübrə” yükünün arxasında aşkarlanmanı çətinləşdirən üsulla yerləşdirilmiş 1 milyon 500 min manat dəyərində, 1000 karton qutuda 10 milyon ədəd “Boston” markalı müvafiq nişanlanması olmayan siqaretin qaçaqmalçılığı faktı aşkarlanıb və onun törədilməsində şübhəli bilinən şəxslər saxlanılıb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə cinayət işi başlanıb, cinayətlərin törədilməsində iştirakı müəyyən edilmiş şəxslərdən 3 nəfəri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayətlərin törədilməsində iştirakı olan bütün şəxslərin tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
- FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirildi
- Milli Məclisin yaz sessiyası başa çatdı
- Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
- Bayram günlərində hava necə olacaq?
- Ölkəyə gübrə adı ilə milyonlarla siqaret keçirmək istədilər - Video
- Saakaşvilinin yeni imici maraqla qarşılandı - Foto
- Bağça müdiri və müavininə hökm oxundu
- Bayram günləri hava necə olacaq?