Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasov ifadə veriblər. Dövlət ittihamçısı, hakim və Dövlət İmtahan Mərkəzinin (DİM) nümayəndələri onların ifadələri arasında ziddiyyətlər olduğunu deyiblər.
Həmçinin DİM nümayəndələri iclasda əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatət veriblər.
Dövlət ittihamçısı vəsatətə etiraz etməyib.
Proses iyunun 11-də davam etdiriləcək.
- Bu xəstəxanaya yeni xanım direktor təyin edildi
- Bu telekanal Elşad Miriyə qadağa qoydu - Səbəb
- Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
- Bakıdan Tiflisə daha ucuz qiymətə... - ADY
- Bu şəxslərə pulsuz mənzillər veriləcək
- “Bu dinamika məni qane etmir” - Prezident
- Kamran Əsədov ifadə verdi
- Sabah bu ərazilərdə işıq olmayacaq