Kamran Əsədov ifadə verdi

20:09 - 25 May 2026 - KRİMİNAL

 Kamran Əsədov ifadə verdi

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasov ifadə veriblər. Dövlət ittihamçısı, hakim və Dövlət İmtahan Mərkəzinin (DİM) nümayəndələri onların ifadələri arasında ziddiyyətlər olduğunu deyiblər.

Həmçinin DİM nümayəndələri iclasda əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatət veriblər.

Dövlət ittihamçısı vəsatətə etiraz etməyib.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda evə basqın: Ər və arvadı öldürüldü

Proses iyunun 11-də davam etdiriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol