Mayın 25-i saat 9:00-a olan məlumata əsasən, Azərbaycanda əksər yerlərdə yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar intensiv və güclüdür.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, düşən yağıntının miqdarı Zərdabda 71, Şəkidə (Kişçay) 69, Oğuzda 40, Qaxda (Sarıbaş) 30, İsmayıllı, Zaqatalada 29, Balakəndə 24, Göyçay, Göygöldə 18, Şahbuzda 16, Goranboy, Naxçıvanda 14, Yevlax, Mingəçevir, Naftalanda 13, Sədərək, Gəncədə 12, Ağdam, Tərtərdə 11, Kürdəmir, Xaltanda 10, Qobustan, Qəbələdə 9, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şamaxıda 8, Şərurda 7, Biləsuvar, Bərdə, Beyləqan, Xızı, Qrız, Şahdağ, Culfada 6, Cəlilabad, Sabirabad, Şəmkir, Gədəbəydə 5, Lerik, Lənkəran, Tovuz, Daşkəsəndə 4, Yardımlı, Ağstafa, Xınalıqda 3, Quba, İmişli, Xaçmaz, Astara, Ordubadda 2, Qusar, Şabran, Neftçala, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.
Mayın 24-ü saat 18:00-18:05 radələrində Şəki rayonunun Baş Zəyzid kəndinə diametri 15-20 mm, rayonun Baş Göynük kəndinə isə diametri 10-15 mm, saat 19:48-19:53 radələrində Yardımlıya diametri 21-25 mm olan dolu düşüb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 20, Daşkəsəndə 18 m/s-yə çatır.
- "Uğur 777”də əməliyyat: xəstə Hepatit C virusuna yoluxub...
- Gürcüstanda ağır qəza: azərbaycanlı gənc öldü - Video
- Bu kəndə ilk köç karvanı yola salındı
- Bu buraxılış imtahanı təkrar təşkil ediləcək
- Bakıda 3 nəfərin öldüyü yanğınla bağlı istintaq tamamlandı
- Şuşa və Xankəndi selə məruz qaldı - Video
- Bulvarda gənc qıza qarşı zorakılıq: saxlanılan var - Video
- “AzerGold” yerli bazara gümüş külçələr təqdim edir - İlk dəfə...