“Qarabağ” onlarla yollarını ayırdı

17:28 - 23 May 2026 - GÜNDƏM

 “Qarabağ” onlarla yollarını ayırdı

“Qarabağ” üç futbolçusu – Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollarını ayırıb.

BUTA.TV” xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilir ki, müqavilə müddətləri başa çatan futbolçular Emmanuel Addai və Ramil Şeydayevlə əməkdaşlığa yekun vurulub. Ötən mövsüm icarə əsasında “Köhlən atlar”ın heyətində çıxış edən müdafiəçi Sami Mmae isə müqavilə ilə məxsus olduğu kluba geri qayıdıb.

“Futbolçularımıza klubumuzda çıxış etdikləri müddətdə nümayiş etdirdikləri peşəkarlığa, komandamızın uğurlarına verdikləri töhfəyə görə təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq”, – deyə klub ayrılan futbolçulara xüsusi təşəkkür edib.

Bu xəbər hal-hazırda çox oxunur
Qurbanlıq heyvanlar neçəyədir? - Video




Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol