Bakı-Tbilisi-Bakı qatarı ilə səfər zamanı Komfort və Komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq olacaq.
“BUTA.TV” xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, bundan əlavə kiçik əl yükü üçün də ödəniş tələb olunmur.
Pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir.
Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər.
- Ceyhun Dadaşova yüksək vəzifə verildi
- Sumqayıt-Bakı istiqamətində yol çökdü - Video
- Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
- 23 kq-a qədər baqajı Tbilisi qatarında pulsuz apara bilərsiniz
- Anar Əliyev Xankəndidə vətəndaşları qəbul etdi
- Bakı-Tiflis-Bakı qatarında ödənişsiz baqaj limiti açıqlandı
- Anar Əsədliyə hökm oxundu
- "Kristal" WUF13-də dayanıqlı şəhər gələcəyini təqdim etdi