Ali Məhkəməyə yeni hakimlər təyin olunur.
“BUTA.TV” APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ali Məhkəmə hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayev vəzifəsindən azad edilərək Azərbaycan Ali Məhkəməsinə hakim təyin olunacaq.
Bundan başqa, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin vəzifəsinin dəyişdirilərək Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi planlaşdırılır.
- WUF13-də 53 mindən çox şəxs iştirak edib
- Urmiya gölü bərpa olmayıb - Ekoloq
- AzTV Qəşəm Nəcəfzadəyə 3 min manat ödəyəcək
- Sabahın havası: 28 dərəcə isti, yağış...
- Xocavənd şəhərinə növbəti köç oldu
- Azərbaycanda yeni cərimələr müəyyənləşir
- Bakı-Tiflis qatarı: fiziki məhdudiyyətli sərnişinlər üçün imkanlar
- Nural Əliyev vəzifəsindən azad ediləcək