Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
BUTA.TV Unikal.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barədə təkrar kompleks stasionar məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasının rəyi açıqlanıb.
E.Ağacanov ekspertiza rəyinə əsasən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır.
Prosesdə həmçinin mərhum İradə Muradovanın hüquqi varisi iştirak etmədiyi məlum olub.
Bu səbəbdən məhkəmə qeyri müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, hadisə 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda qeydə alınıb. Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında vannada paltarsız vəziyyətdə aşkar olunub. İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyi məlum olub
Onu da qeyd edək ki, “Emil Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən italyan brendi “YAMAMAY”ın sahibi olub.
Qətlə yetirilən İradə Muradova isə sahibkarın “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışıb.
Emil Ağacanov barəsində Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsiin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, cinayət işinin istintaqı zamanı Emil Ağacanovun cinayəti anlaqsız vəziyyətdə törətdiyi məlum olub.
- Buxarestdə Müstəqillik Günü ilə bağlı tədbir keçirildi
- III Çarlz Prezidentə məktub göndərdi
- Faktiki hava şəraiti açıqlandı
- “Səsiniz olaq” xidməti: artıq 650-dən çox şəxs faydalanıb
- "Liderlərin İnkişafı Proqramı" uğurla yekunlaşdı
- Bu şəxslərə hər ay 100 manat kirayə pulu veriləcək
- Bakı-Tiflis qatarı: Lüks və komfort siniflər üzrə gediş haqqı...
- Emin Ağalarov “Sea Breeze”də gölməçəyə düşdü - Video