Şuşaya 1 411 nəfər köçürülüb. Bu il Şuşanın təxminən bir-iki kəndinə köç olacaq. Növbəti köç mərhələsi gələn ilin ikinci-üçüncü rübündə olacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
O bildirib ki, vətəndaşlar Şuşa şəhərində inşa olunan 43 çoxmərtəbəli binaya köçürüləcəklər:
"Gələn il təxminən 9 ailə Şuşaya köçürüləcək. Kəndlərə isə ilkin mərhələdə 50 ailə köçürüləcək".
A.Kərimov qeyd edib ki, Şuşaya tək dövlət yox, özəl sektor da investisiya yatırıb:
"Şuşaya bu günə qədər ümumilikdə, təxminən 100 milyon manatdan çox vəsait xərclənib".
- Buxarestdə Müstəqillik Günü ilə bağlı tədbir keçirildi
- III Çarlz Prezidentə məktub göndərdi
- Faktiki hava şəraiti açıqlandı
- “Səsiniz olaq” xidməti: artıq 650-dən çox şəxs faydalanıb
- "Liderlərin İnkişafı Proqramı" uğurla yekunlaşdı
- Bu şəxslərə hər ay 100 manat kirayə pulu veriləcək
- Bakı-Tiflis qatarı: Lüks və komfort siniflər üzrə gediş haqqı...
- Emin Ağalarov “Sea Breeze”də gölməçəyə düşdü - Video