Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidmətindən 650-dən çox şəxs faydalanıb.
BUTA.TV xəbər verir ki, ötən ilin iyul ayında Azərbaycanda ilk dəfə olaraq fəaliyyətə başlayan bu xidmət eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin üçüncü tərəfə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsi işini yerinə yetirir.
Bu xidmət işarət dilini bilməyən tərəflərlə eşitmə və nitq məhdudiyyəti olan şəxslər arasında “virtual körpü” rolunu oynayır.
Həmin şəxslər videozəng və ya yazılı mesaj vasitəsilə operatorla əlaqə saxlayır, operator isə surdotərcüməçi funksiyasını icra edərək müraciətin istiqamətinə uyğun olaraq aidiyyəti üçüncü tərəflə əlaqə yaradır və onlayn kommunikasiya qurulur.
Xidmətdən yararlanmaq üçün vətəndaşlar 055 213 19 97 əlaqə nömrəsinə Vatsap və ya Teleqram platformaları vasitəsilə müraciət edə bilərlər. “Səsiniz olaq” surdotərcümə xidməti bazar günü istisna olmaqla, həftənin 6 günü — bazar ertəsindən şənbə gününədək saat 09:00-dan 16:00-dək fəaliyyət göstərir.
- Buxarestdə Müstəqillik Günü ilə bağlı tədbir keçirildi
- III Çarlz Prezidentə məktub göndərdi
- Faktiki hava şəraiti açıqlandı
- “Səsiniz olaq” xidməti: artıq 650-dən çox şəxs faydalanıb
- "Liderlərin İnkişafı Proqramı" uğurla yekunlaşdı
- Bu şəxslərə hər ay 100 manat kirayə pulu veriləcək
- Bakı-Tiflis qatarı: Lüks və komfort siniflər üzrə gediş haqqı...
- Emin Ağalarov “Sea Breeze”də gölməçəyə düşdü - Video