Bakıda “Exclusive” mağazasının meneceri yeyinti ittihamı ilə həbs edilib.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, Fərid Məmmədov əsasən geyim məhsulları satılan mağazada əvvəlcə satıcı, daha sonra menecer işləyib.
Müəyyən edilib ki, o, işlədiyi müddətdə satılan mallardan əldə olunan ödənişlərin bir hissəsini öz bank kartına yönləndirib. Bu üsulla 500 min manatdan çox pul mənimsəyib.
Mağaza sahibinin şikayəti əsasında F.Məmmədov həbs edilib. Prokurorluq tərəfindən ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham verilib.
Məhkəmədə təqsiri sübuta yetirilsə və dəymiş ziyan ödənilməsə, Fəridi 14 ilə kimi həbs cəzası gözləyir.
Sail Ağasəlim
- Buxarestdə Müstəqillik Günü ilə bağlı tədbir keçirildi
- III Çarlz Prezidentə məktub göndərdi
- Faktiki hava şəraiti açıqlandı
- “Səsiniz olaq” xidməti: artıq 650-dən çox şəxs faydalanıb
- "Liderlərin İnkişafı Proqramı" uğurla yekunlaşdı
- Bu şəxslərə hər ay 100 manat kirayə pulu veriləcək
- Bakı-Tiflis qatarı: Lüks və komfort siniflər üzrə gediş haqqı...
- Emin Ağalarov “Sea Breeze”də gölməçəyə düşdü - Video