Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ilk dəfə Aborigen Xalqlar Qrupu (Indigenous Caucus) yaradılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Aborigen xalqlar üçün adekvat mənzil” mövzusunda keçirilən dəyirmi masada Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) Yerli Xalqlar və Yerli İcmalar üzrə İşçi Qrupunun həmsədri Florencia Soto Nino-Martinez bildirib.
“Bu, Dünya Şəhərsalma Forumunun tarixində ilk dəfədir ki, Aborigen Xalqlar Qrupu yaradılıb. Biz burada sayca az ola bilərik, amma toxum kimiyik – böyüyəcək və çiçəklənəcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün yekun günü keçirilir.
- Azərbaycana qar yağdı
- Məhkəmədən sabiq başçı ilə bağlı qərar
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?
- Sabiq deputat Türkiyədə vəfat etdi
- Naxçıvana uçuşlar yenidən bərpa edildi