KİA piyadanı vurdu, yol kənarındakı VAZ-a çırpıldı... - Foto

16:15 - 23 May 2026 - GÜNDƏM

 KİA piyadanı vurdu, yol kənarındakı VAZ-a çırpıldı... - Foto

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.

BUTA.TV APA-ya cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində baş verib.

Nicat Soltanzadənin idarə etdiyi "KİA Sorento" markalı nəqliyyat vasitəsi, Şağlaküçə kənd sakini 1965-ci il təvəllüdlü Xəzər Şükürovu vurub.

Bundan sonra maşın yol kənarında hərəkətsiz dayanan VAZ-2107 markalı minik avtomobilinə çırpılıb, VAZ yoldan çıxaraq dirəyə dəyib.

Qəza nəticəsində piyada və sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran xəstəxanasına hospitalizasiya olunublar.

Xəsarət alan piyadanı xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol