Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video

16:15 - 23 May 2026 - GÜNDƏM

 Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video

Dünən Gəncədə yağan güclü yağışdan sonra Dövlət Milli Dram Teatrında təhlükəli vəziyyət yaranıb.

BUTA.TV” Gencexeber.az-a istinadla xəbər verir ki, teatrın texniki otağında yerləşən su nasoslarına baxış keçirmək üçün zirzəmiyə enən işçi geri qayıdarkən yağış sularının yığılması səbəbindən içəridə qalıb.

Su səviyyəsi isə qapının yarısından çoxunu tutub.

Teatrın digər əməkdaşları vəziyyətə müdaxilə edərək içəridə qalan işçini təhlükəsiz şəkildə çıxarmağa nail olublar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol