Qurbanlıq heyvanlar neçəyədir? - Video

01:33 - 23 May 2026 - GÜNDƏM

 Qurbanlıq heyvanlar neçəyədir? - Video

Ölkə üzrə qurbanlıq qoyunların qiymətində artım müşahidə olunur.

BUTA.TV xəbər verir ki, hazırda paytaxt bazarlarında və kəsim məntəqələrində ən ucuz qurbanlıq heyvanın qiyməti 300 manatdan başlayır.

Qurbanlıq qoyunların ötən il 250-280 manat arasında dəyişən minimal qiyməti bu il 300-340 manata yüksəlib.

Diri çəki ilə hesablama aparılarkən qoyunların kiloqramı çəkidən asılı olaraq 9.50-11 manat aralığında təklif edilir.

Bu xəbər hal-hazırda çox oxunur
Sənan Əsədzadə saxlanıldı

Bölgələrdə isə qiymətlər paytaxta nisbətən fərqlidir. Buna baxmayaraq, qiymətlər ötən ildən yüksəkdir.

Regionlarda fərdi təsərrüfatlardan birbaşa satış olduğu üçün daha az çəkili və yerli otlaqlarda bəslənmiş erkək quzuları 250-270 manatdan almaq mümkündür.

Qurbanlıq heyvan satışı ilə məşğul olanların sözlərinə görə, bu il tələbat əvvəlki illərlə müqayisədə azalıb.

“Xəzər Xəbər”in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol