Kasparov beynəlxalq axtarışa verildi

09:41 - 23 May 2026 - GÜNDƏM

 Kasparov beynəlxalq axtarışa verildi

Rusiya istintaq orqanları erməni şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib.

BUTA.TV” xəbər verir ki, onun haqqında terrorizmə bəraət qazandırmaq maddəsi ilə axtarış qərarı çıxarılıb.

Həmçinin bildirilib ki, Kasparov dövlət çevrilişini planlaşdırmaqda ittiham olunur.

Qeyd edək ki, H.Kasparov karyerasını 2005-ci ildə başa vurub və 2013-cü ildə Rusiyanı tərk edib. Hazırda ABŞ-də yaşayan şahmat üzrə keçmiş dünya çempionu ötən il Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Sənan Əsədzadə saxlanıldı

2025-ci ilin dekabrında Moskvanın Zamoskvoreçye rayon məhkəməsi H.Kasparov barəsində ekstradisiya və ya deportasiya halında Rusiya hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan, yaxud Rusiya ərazisində faktiki saxlanıldığı andan etibarən iki aylıq həbs qətimkan tədbiri seçib. Komi məhkəməsi onunla bağlı qiyabi həbs qərarı çıxarıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol