Masazırda ağır qəza: Sərnişin belə xilas edildi - Video

13:03 - 23 May 2026 - GÜNDƏM

 Masazırda ağır qəza: Sərnişin belə xilas edildi - Video

Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən VAZ-2106 və "Şevrolet" markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi müəyyən olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Sənan Əsədzadə saxlanıldı

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə deformasiyaya uğramış VAZ-da sıxılı vəziyyətdə qalan sərnişin - 2000-ci il təvəllüdlü Əşrəf Mahir oğlu Nəcəfovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol