Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən VAZ-2106 və "Şevrolet" markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi müəyyən olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə deformasiyaya uğramış VAZ-da sıxılı vəziyyətdə qalan sərnişin - 2000-ci il təvəllüdlü Əşrəf Mahir oğlu Nəcəfovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
- İcra hakimiyyəti 173 minə iki su tankeri alır
- “64 yaşayış məntəqəsində kanalizasiya sisteminin qurulması nəzərdə tutulur” - ADSEA rəsmisi
- Uzaqdan oxunan və idarə olunan yeni nəsil sayğaclara keçid...
- Qazaxıstanlı general Azərbaycana gəldi - Foto
- Oğlunun toyuna getməkdən imtina etdi - İrana hücum üzərində işləyir
- Samir Qəniliyə yüksək vəzifə verildi - Foto
- Metro və avtobuslarda aylıq və illik bilet paketləri olacaq - Video
- Bu şəxslərə 37,1 mln. manat ödənilib