“64 yaşayış məntəqəsində kanalizasiya sisteminin qurulması nəzərdə tutulur” - ADSEA rəsmisi

15:11 - 23 May 2026 - GÜNDƏM

 “64 yaşayış məntəqəsində kanalizasiya sisteminin qurulması nəzərdə tutulur” - ADSEA rəsmisi

“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı və Abşeronda içməli su təchizatı və kanalizasiya şəbəkəsinin genişləndirilməsi həyata keçiriləcək.

BUTA.TV” APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.

Onun sözlərinə görə, nəticədə su təchizatının fasiləsiz rejimə keçirilməsi və içməli suya olan tələbatın 95% ödənilməsi təmin olunacaq:

“Eyni zamanda, Bakı şəhərinin 64 yaşayış məntəqəsində mərkəzləşdirilmiş kanalizasiya sisteminin qurulması, həmçinin yağış sularının idarə olunması məqsədilə şəhərin 30 əsas küçə və prospektində yeni kollektorların inşası nəzərdə tutulur”.

Bu xəbər hal-hazırda çox oxunur
Sənan Əsədzadə saxlanıldı

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol