DÇ öncəsi məşqdə zədələndi, göz yaşlarını saxlaya bilmədi - Video

19:44 - 23 May 2026 - GÜNDƏM

 DÇ öncəsi məşqdə zədələndi, göz yaşlarını saxlaya bilmədi - Video

Türkiyə millisinin futbolçusu Kerem Aktürkoğlu milli komandanın məşqi zamanı zədələnib.

BUTA.TV” xəbər verir ki, 2026-cı il FIFA Dünya Çempionatına hazırlıq çərçivəsində keçirilən məşqdə futbolçular arasında ikitərəfli oyun zamanı Kerem Aktürkoğlu yerdə qalıb və məşqi davam etdirə bilməyib.

Hadisədən sonra meydançaya daxil olan tibbi heyət futbolçunun dizinə sarğı tətbiq edib. Yeriməkdə çətinlik çəkən Kerem daha sonra komanda yoldaşlarının və əməkdaşların köməyi ilə meydandan çıxarılıb.

Zədə alan milli futbolçunun göz yaşlarını saxlaya bilmədiyi görüntülərə əks olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol