Almaniyanın Axen şəhərində keçirilən və dünya atçılıq idmanının ən nüfuzlu tədbirlərindən biri hesab olunan "CHIO Aachen" çərçivəsində Azərbaycan Atçılıq Federasiyasının 150 nəfərdən artıq nümayəndə heyəti uğurla iştirak edib.
Federasiyadan BUTA.TV-a bildirilib ki, yarışlar Almaniyanın məşhur Soers kompleksində yerləşən, 40 min tamaşaçı tutumuna malik Hauptstadion arenasında keçirilib.
Qeyd olunub ki, tədbir çərçivəsində təşkil olunanxüsusi "Horse & Symphony" proqramında və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestri "CHIO Aachen" orkestr kollektivi ilə birgə çıxış edib.
Azərbaycanın qədim atçılıq ənənələrini özündə əks etdirən Qarabağ və Dilbaz atları xüsusi maraq doğurub, milli musiqi elementləri və mədəni kompozisiyalar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
- Küləkli hava ilə bağlı xəbərdarlıq edildi
- Qarabağ atları Almaniyada - Foto
- Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - Fotolar
- Azərbaycanlı şagird bu xarici universitetlərin təqaüdünü qazandı
- Vətən müharibəsi qazisi vəfat etdi
- II və III qruplara qəbul imtahanları keçirildi
- 17 yaşlı Yusif 10-dan çox nüfuzlu universitetdən qəbul aldı
- Sabah bu rayonlarda qaz olmayacaq