Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2026-cı il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində keçirilən toplanışın əsas məqsədi iştirakçıların hərbi hazırlığının və nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Toplanış zamanı hərbi vəzifəlilərlə atəş, taktiki, sıra, fiziki, ictimai-siyasi və digər hazırlıqlar üzrə məşğələlər keçirilib, eləcə də vətənpərvərlik istiqamətində maarifləndirici söhbətlər aparılıb.
- "Uğur 777”də əməliyyat: xəstə Hepatit C virusuna yoluxub...
- Gürcüstanda ağır qəza: azərbaycanlı gənc öldü - Video
- Bu kəndə ilk köç karvanı yola salındı
- Bu buraxılış imtahanı təkrar təşkil ediləcək
- Bakıda 3 nəfərin öldüyü yanğınla bağlı istintaq tamamlandı
- Şuşa və Xankəndi selə məruz qaldı - Video
- Bulvarda gənc qıza qarşı zorakılıq: saxlanılan var - Video
- “AzerGold” yerli bazara gümüş külçələr təqdim edir - İlk dəfə...