Leyla Əliyeva və Alena Əliyeva “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər.
“BUTA.TV” xəbər verir ki, qonaqlar mərkəzdə təşkil olunan sosial və yaradıcı fəaliyyətlərlə yaxından tanış olub, uşaqlarla birgə müxtəlif tədbirlərdə iştirak ediblər.
Mərkəzə gələn Leyla Əliyeva və Alena Əliyeva əvvəlcə uşaqlarla birlikdə həyətyanı sahədə meyvə və dekorativ ağaclar əkiblər.
Daha sonra azyaşlılar öz əl işlərini, çəkdikləri rəsmləri və rəngarəng yunlardan hazırladıqları oyuncaqları təqdim ediblər. Uşaqların yaradıcılıq nümunələri qonaqlar tərəfindən maraqla qarşılanıb.
Birgə fəaliyyət zamanı müxtəlif dekorativ əşyalar hazırlanıb, uşaqların bacarıq və yaradıcılıq imkanlarını əks etdirən işlərə baxış keçirilib.
Tədbirin bədii hissəsində azyaşlılar şeirlər səsləndirib, musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Uşaqların nümayiş etdirdiyi çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.















- Küləkli hava ilə bağlı xəbərdarlıq edildi
- Qarabağ atları Almaniyada - Foto
- Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - Fotolar
- Azərbaycanlı şagird bu xarici universitetlərin təqaüdünü qazandı
- Vətən müharibəsi qazisi vəfat etdi
- II və III qruplara qəbul imtahanları keçirildi
- 17 yaşlı Yusif 10-dan çox nüfuzlu universitetdən qəbul aldı
- Sabah bu rayonlarda qaz olmayacaq