Ali məktəblərə qəbul və buraxılış imtahanlarında istifadə üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən İslam Babayev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ayxan Məmmədov və Murad Məmmədova azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunub.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İslam Babayevin təşkil etdiyi hazırlıq kursunun abutriyentləri və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Ayxan Məmmədov və Murad Məmmədovla cinayət əlaqəsinə girməklə həmin texniki vasitələri 11 nəfərin üzərinə quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlara əsasən İslam Babayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Ayxan Məmmədov və Murad Məmmədov barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilib.
Oxşar xarakterli cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
- Bakı-Tiflis reysi: Səfər sığortasını haradan əldə etmək olar?
- Elə etməliyik ki, şəhərlərdən kəndlərə qayıdış başlasın
- Dövlətə xəyanətdə ittiham olunan Azər Bağırova hökm oxundu
- İctimai yerlərdə yeni dələduzluq üsulu yayılır - Xəbərdarlıq
- Kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq...
- “May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram” - Prezident
- Azərbaycan dünyada nadir ölkələrdəndir ki... - Prezident
- “Expressbank” “Maliyyə savadlılığı” təlimi keçirdi