Bakı–Tiflis–Bakı marşrutu üzrə qiymət siyasəti sərnişinlərə imkan verir ki, bir ay öncədən imkanına uyğun sinfini seçsin. Məsələn, 81 manat başlayan səyahət sinfini 35-20 gün öncədən əldə edə bilərlər.
BUTA.TV xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
Onun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları" gələcəkdə ucuz bilet imkanlarına da baxacaq:
"Sərnişinlərin daha aşağı tarifli səyahət imkanları araşdırılacaq".
Qeyd edək ki, bu gün Bakıdan Tiflisə sərnişin qatarı hərəkət edəcək. Qatar Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tiflisə çatacaq. Tiflisdən isə qatar saat 21:00-da yola düşərək ertəsi gün saat 06:24-də Bakıya çatacaq.
Bakı–Tiflis–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək. Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tiflis Dəmiryol Vağzalında dayanacaq edəcək.
- Putin yeni qanun imzaladı: Rusiyalıların müdafiəsi üçün ordu göndərilə bilər
- Bu xəstəxanaya yeni xanım direktor təyin edildi
- Bu telekanal Elşad Miriyə qadağa qoydu - Səbəb
- Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
- Bakıdan Tiflisə daha ucuz qiymətə... - ADY
- Bu şəxslərə pulsuz mənzillər veriləcək
- “Bu dinamika məni qane etmir” - Prezident
- Kamran Əsədov ifadə verdi