ABŞ ordusu İranla davam edən atəşkəs danışıqları fonunda Hörmüz boğazı ətrafında yerləşən bəzi İran hərbi hədəflərinə “özünümüdafiə” məqsədli zərbələr endirib.
“BUTA.TV” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, hücumlar bazar ertəsi günü həyata keçirilib. Məlumata görə, əməliyyat zamanı raket buraxılış məntəqələri və mina yerləşdirməyə çalışan İran qayıqları hədəf alınıb.
Qurumun sözçüsü Timoti Hokins CNN-ə açıqlamasında qeyd edib ki, ABŞ qüvvələri bölgədə yerləşən hərbçiləri İran qüvvələrinin yaratdığı təhlükələrdən qorumaq məqsədilə hərəkətə keçib.
“Hədəflər arasında raket buraxılış sistemləri və mina yerləşdirməyə çalışan İran qayıqları olub. ABŞ Mərkəzi Komandanlığı davam edən atəşkəs şəraitində təmkin nümayiş etdirməklə yanaşı, qüvvələrini müdafiə etməyə davam edir”, – deyə açıqlamada bildirilir.
Məlumata görə, tərəflər arasında atəşkəsin qüvvədə olmasına baxmayaraq, son aylarda bölgədə gərginlik tam səngiməyib. May ayının əvvəlində də ABŞ qüvvələrinin Hörmüz boğazından keçən Amerika hərbi gəmilərinə qarşı həyata keçirildiyi bildirilən raket, dron və sürətli qayıq hücumlarına cavab olaraq İranın bəzi hərbi obyektlərini vurduğu qeyd olunub.
ABŞ Prezidenti Donald Trampın daha əvvəl bölgədəki ABŞ qüvvələrinə İran tərəfindən mümkün təxribatlara cavab vermək səlahiyyəti verdiyi də vurğulanır.
- ABŞ İran hədəflərinə zərbələr endirdi
- Nazir müavini Bakı-Tiflis qatarının yola düşməsindən danışdı
- Şəkidə suyun səviyyəsi üç dəfə artdı: tədbir görülür - Video
- Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
- 6 il sonra Bakıdan Tiflisə ilk sərnişin qatarı yola düşdü
- “Bundan gözəl nə ola bilər?” - Cavid Qurbanov
- Putin yeni qanun imzaladı: Rusiyalıların müdafiəsi üçün ordu göndərilə bilər
- Bu xəstəxanaya yeni xanım direktor təyin edildi