Hazırda Bakı bazarlarında orta ölçülü bir qoyunun qiyməti 330–350 manat arasında dəyişir. Satıcılar bildirirlər ki, bayram günü qiymətlər daha da arta bilər. Binə və Şüvəlan ərazilərində qoyun və quzunun diri çəkisinin hər kiloqramı 11 manata, əti isə 22 manata təklif olunur. Regionlarda qiymətlər nisbətən münasibdir.
Bu barədə BUTA.TV-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
O bildirib ki, ötən il qurbanlıq qoyunların qiyməti 180–230 manat arasında dəyişirdisə, bu il qiymətlər 300 manatdan başlayır:
“Ötən il 250 manata satılan qoyunlar bu il 320–350 manata qədər yüksəlib. Fikrimizcə, qiymət artımının əsas səbəbi istehsal xərclərinin yüksəlməsidir. Belə ki, yem, baytarlıq preparatları, nəqliyyat və saxlama xərclərində son bir il ərzində təxminən 20 faizə yaxın bahalaşma qeydə alınıb.
Ölkəyə qaçaqmal yolu ilə milyonluq siqaret keçirildi - 3 nəfər həbs edildi
Bundan əlavə, ölkədə xırdabuynuzlu mal-qaranın sayı son bir il yarım ərzində təxminən 1 milyon baş azalıb ki, bu da qiymətlərə ciddi təsir göstərən amillərdən biridir. Ümumilikdə, ötən illə müqayisədə bu il qurbanlıq qoyunların qiyməti təxminən 30–40 faiz artıb”.
- Yol polisindən sürücülərə müraciət
- FHN gücləndirilmiş iş rejimində çalışacaq
- Bu gün işdən 1 saat tez çıxacağıq
- Azyaşlı 5-ci mərtəbədən yıxılaraq öldü
- Rəisi işdən çıxarılan qurumda - Korrupsiya araşdırması başladı
- Ağdama daha 110 ailə yola salındı
- Maşın beton səddə çırpılıb çay yatağına düşdü - Ölənlər və yaralananlar var
- Qurbanlıq qoyunlar bahalaşıb?