Qarabağda sakin və işəgötürənlərlə görüşlər keçirildi

16:03 - 26 May 2026 - GÜNDƏM

 Qarabağda sakin və işəgötürənlərlə görüşlər keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Xocavənd, Zəngilan, Cəbrayıl və Laçın rayonlarında sakinlərlə növbəti səyyar görüşlər keçirilib.

BUTA.TV xəbər verir ki, görüşlərdə onların məşğulluq imkanları qiymətləndirilib, peşə bacarıqları, əmək fəaliyyətinə maraqları, məşğulluq ehtiyacları araşdırılıb. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri (o cümlədən işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları və s.) barədə ətraflı məlumat verilib.

Sakinlərin maraqlarına və əmək bacarıqlarına uyğun iş yerləri ilə təmin edilmələri, özünüməşğulluq proqramına, peşə hazırlığı kursları və digər tədbirlərə cəlb edilmələri üçün ilkin qeydiyyatı aparılıb.

Eyni zamanda, Dövlət Məşğulluq Agentliyinin əməkdaşları tərəfindən Laçın rayonunda fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş də keçirilib. İşğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

Bu xəbər hal-hazırda çox oxunur
Bu telekanal Elşad Miriyə qadağa qoydu - Səbəb

Agentliyin fəaliyyət istiqamətləri, aktiv məşğulluq proqramları, işəgötürənlərlə birgə icra etdiyi layihələr diqqətə çatdırılıb, Qarabağ Peşə Hazırlığı Mərkəzinin fəaliyyəti barədə təqdimat edilib.

Əlavə iş yerlərinin yaradılması, məqsədli proqramlar barədə də işəgötürənlər məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol