Deputat qanunların dilinə etiraz etdi

15:00 - 26 May 2026 - GÜNDƏM

 Deputat qanunların dilinə etiraz etdi

“Hər qanun həm də dil faktorudur. Qanunların adı dəqiq olmalıdır. Məsələn, “Tütün və tütün məmulatı haqqında” səhvdir, “Tütün və tütün məmulatları haqqında” olmalıdır”.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səyyad Aran deyib.

Deputat bildirib ki, tütün məmulatları çeşid-çeşiddir: “Sonra mikro, kiçik və orta sahibkarlıq nə deməkdir? Mikro elə kiçikdir. Bu sözləri yazanda, görəsən, nəyi nəzərdə tuturlar?

Bizə bu qanunları nəzərdən keçirmək üçün istedadlı dilçi, hüquqşünas və iqtisadçı lazımdır. Milli Məclis onlara maaş verməlidir. Bu qanunları mütləq həmin adamlara göndərib, öz sahələri üzrə düzəlişlər etdirməliyik”.

Bu xəbər hal-hazırda çox oxunur
Bu telekanal Elşad Miriyə qadağa qoydu - Səbəb

Sahibə Qafarova isə Səyyad Arana bu məsələləri MM-in şöbə müdiri ilə işçi qaydada müzakirə etməyi məsləhət görüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol