“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 5-ci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində qaliblər Toğrul Xəlilov və Şəhriyar Həsənverdiyev ilə görüş keçirib.
Görüş zamanı iştirakçıların fərdi inkişaf planları müzakirə olunub, peşəkar və idarəetmə bacarıqlarının inkişaf istiqamətləri nəzərdən keçirilib. Mentorluq proqramı çərçivəsində iştirakçıların mövcud bacarıq və potensialının qiymətləndirilməsi məqsədilə SWOT təhlili aparılıb, onların güclü və inkişaf etdirilməsinə ehtiyac olan tərəfləri, eləcə də gələcək inkişaf imkanları müəyyənləşdirilib.
Zakir İbrahimov iştirakçılarla idarəetmə, liderlik və peşəkar inkişaf sahələrində təcrübə və tövsiyələrini bölüşüb. O, mövcud bacarıqlardan səmərəli istifadə etməyin, eyni zamanda davamlı özünüinkişaf və sistemli yanaşmanın əhəmiyyətini vurğulayıb.
Görüş çərçivəsində mentilərin gələcək fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, onların peşəkar inkişafına dəstək məqsədilə müvafiq tövsiyə və tapşırıqlar verilib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Mentorluq proqramı qaliblərin idarəçilik bacarıqlarının təkmilləşdirilməsi və praktik təcrübələrinin artırılmasına xidmət edir.
- Adambaşına düşən sığorta haqqı 220 manata çatdırılacaq
- Cəza müddətinin sonuna az qalmış qadın məhkumlarla görüş...
- Xankəndi Şəhər Məhkəməsinə sədr təyin edildi
- 4 nəfər 300 bal topladı - Adlar
- Tanınmış hakimlər Bakı Ağır Cinayətlər Məhkəməsində
- Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq?
- 14 il əvvəl törədilmiş cinayətin üstü açıldı: qadın saxlanıldı
- Aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri açıqlandı