Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olan nazirimiz 2000-2004-cü illərdə Dövlət İqtisad Universitetində təhsil alıb. O, magistr təhsilini Pakistanda davam etdirib. Amerikada biznes üzrə təlim proqramı keçib. Hərbi xidmətdən sonra qida sektorunda çalışmağa başlayıb. Məcnun Məmmədov müxtəlif şirkətlərdə fərqli vəzfələrdə çalışıb və daha sonra nazir vəzifəsinə yüksəlib.
O, hələ oxuyur. Amma təhsili işinə töhfə verə bilməyib. Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirəsindən də aydın oldu ki, dövlət başçımız kənd təsərrüfatı sahəsində görülən işlərdən narazıdır. Müsbət irəliləyiş yoxdur. Bir çox sahələrdə ciddi problemlər mövcuddur.
Bir sözlə Məcnun Məmmədovun nazir təyin olunandan bu günə qədər gördüyü işlərin real nəticəsi müşavirədə tam aydın oldu. Bəs görəsən Nazir nə düşünür? Bakıda oxudu, Pakistanda davam elədi, Amerikada təlim keçdi nəticə vermədi. İndi də Hollandiyada oxuyur. Nazirin həyat tərzindən fərqli olaraq Kəndə Təsərrüfatı sahəmizdə dəyişən heç nə yoxdur.
Hə bir də az qala unutmuşdum. Məcnun Məmmədov xalqın yaddaşında tez bir zamanda arıqlayan nazir kimi qalıb. Başqa bir xatırlama yoxdur. Əməli işi hələ ki Kənd Təsərrüfatımıza bir töhfə verməyib.
Görəsən diplomu təsdiq olunacaq? O axı bütün günü işdədir......