14 il əvvəl törədilmiş cinayətin üstü açıldı: qadın saxlanıldı

17:15 - 26 May 2026 - GÜNDƏM

 14 il əvvəl törədilmiş cinayətin üstü açıldı: qadın saxlanıldı

14 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

Məlumata görə, 21.12.2012-ci il tarixdə Göyçay şəhəri, A.Faruq küçəsində yerləşən fərdi yaşayış evində kişi cinsli meyitin aşkar edilməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş əməliyyat məlumatları əsasında Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.

Araşdırmalarla evdə meyiti aşkar olunan 1932-ci il təvəllüdlü Rza Ağayevin qəsdən öldürülməsi müəyyən edildiyindən fakt üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bu telekanal Elşad Miriyə qadağa qoydu - Səbəb

İstintaq zamanı prokurorluq və polis əməkdaşları tərəfindən birgə həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri, o cümlədən meyitin ekshumasiyası, istintaq eksperimenti, ekspertiza rəyləri və toplanmış digər sübutlarla Ramilə Quliyevanın 20.12.2012-ci il tarixdə Rza Ağayevin pul vəsaitini ələ keçirmək məqsədilə onun yaşadığı evə gəlməsi, taxta parçası ilə baş nahiyəsinə və bədəninin müxtəlif hissələrinə qəsdən zərbələr vurmaqla sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin dəlillər əsasında Ramilə Quliyeva 26.05.2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bununla yanaşı, ötən illərdən bağlı qalmış ağır və xüsusilə ağır cinayətlərin, o cümlədən naməlum şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin açılması, təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən kompleks istintaq və əməliyyat-axtarış tədbirləri ardıcıl şəkildə davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol