Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə tədbirlər planının icrası işlərinin davamı olaraq, 4 saylı cəzaçəkmə müəssisəsində cəza müddətinin sonuna az qalmış qadın məhkumlarla görüş keçirilib.
BUTA.TV xəbər verir ki, görüşdə Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.
Onların da cəza müddəti başa çatdıqdan sonra qurum tərəfindən ailələrinə səfərlər təşkil ediləcəyi və sosial xidmətlərə olan tələbatının qiymətləndiriləcəyi bildirilib. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq sosial-psixoloji, sosial-hüquqi və sosial-məsləhət yardımı ilə təmin ediləcəkləri diqqətə çatdırılıb.
Məhkumları maraqlandıran suallar cavablandırılıb.
- İyunda bəzi rayonlarda 40 dərəcə isti olacaq
- FHN Qəbələdə seminar-müşavirə keçirdi - Foto
- İrandan 35 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı
- Adambaşına düşən sığorta haqqı 220 manata çatdırılacaq
- Cəza müddətinin sonuna az qalmış qadın məhkumlarla görüş...
- Xankəndi Şəhər Məhkəməsinə sədr təyin edildi
- 4 nəfər 300 bal topladı - Adlar
- Tanınmış hakimlər ağır cinayətlər məhkəmələrində