Kürdəmir rayonunda 50 illik fərdi yaşayış evi uçub.
“BUTA.TV” xəbər verir ki, bu barədə rayonun Məhsəti Gəncəvi küçəsi ev 12 ünvanında yaşayan Yaşar Əsgərov “Baku TV”yə danışıb.
O, 50 il əvvəl çiy kərpicdən tikilən evlərinin 4 il öncə qəzalı duruma düşdüyünü, bir neçə gün qabaq isə uçduğunu bildirib: “Bu barədə əvvəllər də aidiyyəti qurumlara müraciət etmişik, amma əhəmiyyət verən olmayıb. Yağışlar yağdı, külək oldu, ev uçdu”.
Ailənin xanımı Şərəf Əsgərova isə qeyd edib ki, bir neçə ildir, kirayədə qalırlar: “20 ildir mən bura gəlin gəlmişəm. 3-4 il əvvəl evimiz qəzalı vəziyyətə düşdü. Hazırda kirayədə qalırıq, 200 manat ödəyirik. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişəm, baxılmayıb. İki uşağım var, biri Avropa çempionudur. Mən o Avropa çempionunu bu sınıq-sökük evdə böyütmüşəm. Yaxşı ki, evdən çıxmışıq, yoxsa başımıza uçardı”.
Kürdəmir Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələdən xəbərdardırlar.
Qeyd edilib ki, Yaşar Əsgərova məxsus yaşayış evinə RİH və FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birlikdə baxış keçirilib. Vətəndaşa bildirilib ki, RİH-in xərclər smetasında fərdi yaşayış evlərinin təmir, bərpa və tikintisi üçün vəsait nəzərdə tutulmadığından, fərdi yaşayış evinin bərpası səlahiyyətləri xaricindədir. Amma buna baxmayaraq, RİH tərəfindən fərdi yaşayış evinin uçması ilə bağlı məlumat FHN-ə rəsmi məktub vasitəsilə ünvanlanıb. Məktub araşdırıldıqdan sonra ev sahibinə yekun məlumat veriləcək.
- Polis Astarada əməliyyat keçirdi - Anbaan video
- Bakıda bu məktəb bağlandı - Səbəb
- İsmayıllıda güclü külək irigövdəli ağacları aşırdı - Foto
- Yeni səhmlərin hamısını Cahangir Əsgərov aldı - Payı artdı
- 50 illik evləri uçdu - “Avropa çempionunu bu evdə böyütmüşəm”
- Lökbatan-Güzdək yolu ilə bağlı rəsmi məlumat - Video
- Göyçayda üç maşın toqquşdu: yeniyetmə qız öldü
- Rusiya Ermənistana xəbərdarlıq etdi - Məktub göndərildi