Mayın 22-də Dənizkənarı Milli Parkda gimnastika məşqçisi N.Kərimovaya qarşı edilmiş cinayət əməlinin görüntüləri yayılıb.
“BUTA.TV” xəbər verir ki, görüntülərdən 47 yaşlı Şamxal Nəcəfovun bulvarda hərəkətdə olarkən məhəccərin qarşısında dayanmış gənc qıza fiziki olaraq əxlaqsız hərəkətlər etdiyi aydın görünür.
Bu zaman onlar arasında insident baş verir və yaxınlıqdan keçən gənc oğlan N.Kərimovaya yardım edir. Belə ki, o, Şamxal Nəcəfovun fikrini yayındırır. Nəticədə Ş.Nəcəfov bıçaq çıxararaq ona hücum etsə də, həmin gənclə N.Kərimova qaçaraq ərazidən uzaqlaşırlar.
Xəbəri rus dilində oxuyun: Кадры неподобающего поведения в отношении девушки на бульваре - ВИДЕО
Qeyd edək ki, polisin keçirdiyi tədbirlərlə Ş.Nəcəfov saxlanılıb. Onun üzərindən 3 ədəd soyuq silah hesab edilən kəsici-deşici alət aşkarlanıb. Həmin şəxs barəsində məsuliyyət tədbirləri görülür.
***
Səbail Rayon Məhkəməsinin qərarı ilə Şamxal barəsində həbs qətimkan tədbiri seçilib və təcridxanaya göndərilib.
- “4 ay su içmədi, indi isə…” – Yanğından sağ çıxan Ləmandan xəbər var
- Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olundu
- DSX hərbçiləri Zəngilanda cüyür balasını xilas etdi - Video
- Mayın 17-də keçirilmiş imtahanların nəticələri açıqlandı
- Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin yekun çıxışı...
- Prezidentin qızları bayramı onlarla keçirdi - Fotolar
- İyunda bəzi rayonlarda 40 dərəcə isti olacaq
- İrandan 35 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı