Türkiyənin Çanaqqala şəhəri yaxınlığında – Egey dənizində qanunsuz miqrantları daşıyan qayıq saxlanılıb.
“BUTA.TV” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Sahil Mühafizə Komandanlığının mobil radarı ilə müəyyən edilən motorlu rezin qayıq Ayvacıq qəsəbəsi istiqamətində dayandırılıb.
Məlum olub ki, qayıqda Avropaya qanunsuz miqrasiya etmək istəyən 31 miqrant var. Onların hamısı Əfqanıstan və Azərbaycan vətəndaşları olub. Saxlanılan şəxslərdən 9-u uşaqdır.
Sahil Mühafizə Komandanlığı saxlanılan şəxsləri aidiyyəti üzrə təhvil verib.
- Bayram günü kabab bişirmək istədilər - Başlarına iş gəldi
- Qurbanlıqları bu ünvanlardan ala bilərsiniz - Siyahı
- Sabah 32 dərəcə isti olacaq
- Qəbələnin bir hissəsi qazsız qaldı - Səbəb
- Temperatur 40°-yə çatacaq
- DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırdı
- Ülviyyə Həmzəyeva yenidən sədr seçildi
- Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu