Azəriqaz İB Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Birliyin Müştəri əməliyyatları şöbəsinin əməkdaşları 27.05.2026 - 31.05.2026-cı il tarixlərində saat 10:00-dan 17:00-dək Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt RQİİ-lərin inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində abonentlərə xidmət göstərəcəklər.
BUTA.TV xəbər verir ki, həmçinin Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar.
30.05.2026-cı il tarixində ASAN Kommunal, 30-31.05.2026-cı il tarixlərində ASAN Xidmət mərkəzləri vətəndaşlara xidmət göstərəcək.
Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104/185 Çağrı Mərkəzinə məlumat versinlər.
- Qurbanlıqları bu ünvanlardan ala bilərsiniz - Siyahı
- Sabah 32 dərəcə isti olacaq
- Qəbələnin bir hissəsi qazsız qaldı - Səbəb
- Temperatur 40°-yə çatacaq
- DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırdı
- Ülviyyə Həmzəyeva yenidən sədr seçildi
- Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu
- “AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb