Bakıya şiddətli dolu düşməsinin səbəbi budur

23:48 - 26 May 2026 - GÜNDƏM

 Bakıya şiddətli dolu düşməsinin səbəbi budur

83 yaşım var, ilk dəfədir, belə dolu görürəm.

BUTA.TV xəbər verir ki, bu sözləri Globalinfo.az-a ekoloq alim Telman Zeynalov Bakıya şiddətli dolu düşməsi ilə bağlı danışarkən deyib.

O sözügedən halın normal olmadığını qeyd edib:

“Belə hava yalnız Azərbaycanda deyil, az qala, bütün Rusiyada da müşahidə edilir. İqlim dəyişir, külək isə şimal tərəfdən əsir. Ona görə də Azərbaycan, Rusiya və digər ölkələrə bu dərəcədə iri dolu düşür. Fikir verdinizsə, dənələr çox iri idi”.

Ekoloq tezliklə havaların isinəcəyini qeyd edib:

“May ayında ilk dəfədir, belə hava görürəm. Daha əvvəl də dolu düşüb, amma beləsi olmamışdı”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol