“Kayzerslautern”də millinin hücumçusu, azərbaycanlı futbolçu Mahir Emreli “BUTA.TV”ya qısa müsahibə verib.
Sözügedən müsahibəni təqdim edirik:
- “Kayzerslautern”lə son durum nə yerdədir? Oyunlarda şans qazanmırdın, daha doğrusu, baş məşqçinin sənə haqsızlıq etdiyini hətta Almaniya mətbuatı yazırdı. Nə baş verdi və son durum nədir?
- Hələ ki 2 illik rəsmi müqaviləm var. Builki durum heç bir halda məni qane etmədi. Xüsusilə də oyun dəqiqələri. Mənim üçün çox ağır mövsüm oldu. Bunu dəfələrlə bildirmişəm. Ailəmdə baş verən hadisələr mənə çox böyük təsir etdi. Fiziki çətinliyi bir kənara qoyuram, mental olaraq çətin idi. Hətta bir ara düşünürdüm ki, bu mövsüm tez bitsəydi, beynimə sakitçilik verərdim. Çünki buna ehtiyacım var idi. Milli oyunlarını da bitirdikdən sonra istəyirəm tam olaraq ora fokuslanım. Yaxşı oyuna, yaxşı oyun dəqiqələrinə və qola çox ehtiyacım var. İndi buna köklənmək istəyirəm. Çünki mənim bu cür zamanlarda yeganə tutunacağım futboldur. Çalışıram ki, oradan özümə motivasiya və pozitiv güc alım.
- Hazırda təkliflər varmı və ya danışıq apardığın klublar var?
- Menecerlərimin görüşdüyü, danışdığı, təklifləri müzakirə etdiyi klublar var. Amma mənim hazırda dediyim kimi, danışdığım rəsmi bir şey yoxdur. Çünki mən “Kayzerslautern”in futbolçusuyam və bu, etik olmaz. Amma təbii ki, hər transfer dönəmində olduğu kimi, maraq olur. Milli toplanışından sonra bu məsələləri oturub müzakirə edəcəyik.
Xəbəri rus dilində oxuyun: “События, произошедшие в семье, выбили меня из колеи” - Эмрели
- Adın sabiq klubun “Legiya” və “Nürnberq”lə hallanır, nə dərəcədə doğrudur? Əslində, hər iki klubda yaxşı iz qoymusan və mümkündür ki, ora keçəsən və ya səni yenidən istəsinlər?
- İki klubda da çox qəşəng zaman keçirmişəm. “Legiya”dan ayrıldıqdan sonra da hər zaman pozitiv mesajlar alıram. Nə vaxt Polşaya getsəm də, yaxşı reaksiyalar alıram. Hətta millinin heyətində Ukrayna ilə görüş üçün Polşaya getmişdim, Varşavadan Krakova 10-15 azarkeş gəlmişdi, sırf mənimlə foto çəkdirmək üçün. Bu da məni həqiqətən sevindirən məqamlardan biri idi. “Legiya”da çox gözəl zaman keçirmişəm. Həm futbol baxımından, həm də mental baxımından. “Nürnberq”ə gəldikdə, heç bilmirdim ki, “Nürnberq”də bu qədər azərbaycanlı yaşayır. Bu gün də bəzən onlar deyirlər ki, tanışlar, bildiyimiz insanlar oyunlara gedir, azərbaycanlılar orada olanda “Emreli deyib, sehrbaz” sözünü işlədirlər. Bu məni çox sevindirir. Bu cür böyük klublarda elə yadda qalmaq qürurvericidir, Azərbaycandan çıxmış futbolçu olaraq özü də. Belə şeyləri görəndə insan həvəslənir və daha artığını etmək istəyir. Amma təbii ki, rəsmi olaraq danışığım yoxdur.
- Azərbaycandan və ya Qarabağdan təklif gəlsə, necə dəyərləndirərsən?
- Hazırda təklif yoxdur. Azərbaycandan, “Qarabağ”da təklif olarsa, oturub düşünmək lazımdır. Mən hələ “Kayzerslautern”dəki durumumu bilmirəm. Ona görə oturub qərar vermək lazımdır. “Qarabağ” hər zaman mənim evimdir. Hər nəyə nail olmuşamsa, bu, “Qarabağ” və Qurban Qurbanovun mənə göstərdiyi etimad, inamın sayəsində olub. Onların üzərimdə zəhməti çox olub.
- Milli toplanışda durum necədir? Təlim-məşq toplanışından nə gözləyirsən?
- Bir neçə futbolçu fərdi məşqlər edirik. Digər futbolçular isə 28-də toplanırıq. Bu istiqamətdə başlayacağıq məşqlərə. Son toplanışda olmamışam, amma düşünürəm ki, ab-hava pozitivdir. Uşaqlar qələbənin dadını alıblar. O hissi, o inamı əldən vermək istəmirlər. Düşünürəm ki, bu toplanışda da hər kəs yüz faizini verəcək. Çünki bundan sonra artıq Millətlər Liqası oyunlarıdır. Bu matçlarda özümüzü maksimum göstərməliyik.
- San Marino və Malta matçları komandaya nə qatacaq?
- San Marinonu analiz etməmişəm. Çoxdandır görməmişəm. Maltanın 1-2 dəfə oyunlarını görmüşəm. Kifayət qədər yaxşı, kompakt komandadır. İnkişaf edən futbolları var hazırda. İki oyun da bizə fərqli mənada çox şey qatacaq. Amma ən önəmli olan biz özümüzə köklənməliyik. Çünki bunlar yoldaşlıq görüşləridir. Əsas köklənəcəyimiz məqam Litva və Lixtenşteyn oyunlarıdır. Ona görə də o matçları baş məşqçimiz dəyərləndirəcək. Nələrə diqqət edəcəyik, nələr önəmlidir, bunu Ayxan Abbasov daha yaxşı bilir və düşünürəm ki, bizdən tələbləri olacaq. Biz də bu tələblər üzərindən oyunlara hazırlaşacağıq. Ümid edirəm ki, Millətlər Liqasına qədər həm qələbə olacaq, həm də müəyyən mənada sistem qura biləcəyik.
Elsevər Məmmədov
- Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən - Zərərçəkmiş vəfat etdi
- Leysan üçün toplanan vəsait onlara veriləcək
- “Ailəmdə baş verənlər mənə çox təsir etdi” - Mahir Emreli
- Həcc ziyarətində dronlardan istifadə edilir
- Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
- Polis Astarada əməliyyat keçirdi - Anbaan video
- Bakıda bu məktəb bağlandı - Səbəb
- İsmayıllıda güclü külək irigövdəli ağacları aşırdı - Foto