Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən - Zərərçəkmiş vəfat etdi

19:54 - 27 May 2026 - KRİMİNAL

 Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən - Zərərçəkmiş vəfat etdi

Milli Təhlükəsizlik Nazirliyinin (Ləğv edilib - red.) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şixəliyevin cinayət işi üzrə əsas zərərçəkmişlərdən biri vəfat edib.

BUTA.TV” xəbər verir ki, 30 ildən çox hüquq-mühafizə orqanlarında işləmiş Əfsəl Həsənəliyev 76 yaşında dünyasını dəyişib.

Həsənəliyev Şixəliyev və adamlarının qanunsuz göstərişi ilə 5 ay həbsdə qaldığını, 50 min dollar alındığını deyirdi.

O, başına gətirilənlərə görə həmin dövrdə Baş prokuror işləmiş Zakir Qaralov və onun 1-ci müavini olmuş Rüstəm Usubovun da məhkəmədə sorğu-sual edilməsini istəyirdi. Bu və digər vəsatətləri qəbul edilməyən zərərçəkmiş məhkəmə zalında özünü yandırmaq istəmişdi. Onun intihara cəhdinə görə proses təxirə salınmışdı.

Bu xəbər hal-hazırda çox oxunur
Nazir ilanı yalın əllə tutdu - Video

Məhkəmə hökmü ilə Ə.Həsənəliyevin mülki iddiası təmin edilsə də, onun icra işlərinin başa çatmasını görməyə ömrü çatmadı.

Xəri rus dilində oxuyun: Умер пытавшийся сжечь себя на суде по делу Шихалиева

Qeyd edək ki, Mövlam Şixəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. O, general-mayor rütbəsindən də məhrum olunub.

Sail Ağasəlim

 
 
 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol