AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir - EKSKLÜZİV

22:11 - 26 May 2026 - İDMAN

 AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir - EKSKLÜZİV

Uzun müddətdir Peşəkar Futbol Liqasının fəaliyyəti ilə bağlı müzakirələr davam edir.

Xitab24.az bununla bağlı eksklüziv məlumat əldə edib. Məlumata görə, AFFA-da PFL-in gələcəyi ilə bağlı iclas keçirilib və iki əsas məsələ müzakirə olunub.

İlk müzakirə olunan məsələ PFL-in tamamilə ləğvi ilə bağlıdır. Bu qurumun ləğvi gerçəkləşəcəyi halda AFFA-nın tərkibində Yarışların Təşkili Departamentinin yaradılması gözdən keçirilir.

Digər müzakirə olunan məsələ isə PFL-də prezident dəyişikliyi ilə bağlıdır. Belə ki, AFFA PFL-in prezidenti vəzifəsinə Hakimlər Departamentinin sədri Bəhruz Teymurovun gətirilməsini istəyir. 

Yəni, AFFA PFL qarşısında şərt qoyub -  ya qurum ləğv olunsun, ya prezident dəyişikliyi həyata keçirilsin.

Yekun qərarın yeni mövsümün əvvəlinə qədər verilcəyi gözlənilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol