Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ilə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkərana səfəri zamanı şəhid Ülfət Babazadənin ailəsini ziyarət ediblər.
BUTA.TV xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva Vətən müharibəsi şəhidi Ülfət Babazadənin xatirəsini ehtiramla yad edib, qəhrəmanımızın həyatı, döyüş yolu, eləcə də ailənin qayğı və ehtiyacları ilə maraqlanıblar.
Qeyd edək ki, Ülfət Qabil oğlu Babazadə Lənkəran rayonunun Daştatük kəndində anadan olub. O, Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında torpaqların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Ülfət Babazadə Xocavənd, Kəlbəcər və Şuşa istiqamətlərində aparılan döyüşlərdə igidlik göstərib. O, 2020-ci il noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
- Prezidentdən Qurban bayramı ilə bağlı paylaşım...
- AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir - EKSKLÜZİV
- Prezidentdən bu iki qurumla bağlı - Fərman
- Leyla Əliyeva “Yaşıl çay”da - Fotolar
- Ermənilərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başladı
- Leyla və Arzu Əliyevalar şəhid ailəsini ziyarət etdilər
- “4 ay su içmədi, indi isə…” – Yanğından sağ çıxan Ləmandan xəbər var
- Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olundu