Aparıcı Vüsalə Əlizadə ilə müğənnilər Sevil və Sevinc Səfərova arasında gərgin anlar yaşanıb.
Vüsalə "İncə səhər" proqramında qonaq olan əkizlərdən yemək hazırlamalarını istəyib.
Bacılar isə buna etiraz ediblər. Onlar verilişə mahnı oxumaq üçün gəldiklərini, yemək hazırlamaq istəmədiklərini deyərək, irad tutublar:
"Yeni veriliş olduğu üçün sevə-sevə gəldik. Bura gəliriksə, hazırlaşırıq, günlərlə geyimin yoxlanmasına gedirik. Mən müğənniyəm. Bizim mətbəxdəki qabiliyyətimizi hamı bilir. Efirə salat hazırlamağa gəlmirəm. Oradan oxuyursan, buradan salat düzəldirsən. Düzgün deyil".
“TƏBİB hər il baş həkimimizi dəyişir, amma mikroskopumuzun lampasını dəyişmir” - MÜSAHİBƏ
Vüsalə isə "Burada Xalq artisti belə yemək hazırlayıb. Verilişə gəlmisinizsə, formata hörmət edin" deyə, onlara cavab verib.
Əkizlər isə əvvəlcədən komandaya xəbərdarlıq etdiklərini söyləyiblər.
Əsəbiləşən aparıcı "İşdən də danışdıq, şoumuzu da göstərdik. Gedişatımız belədir. Sizdən əvvəl sənətə gələn müğənnilər də bunu edib. Belə bir irad olduğu mənə əvvəlcədən xəbər verilməlidir. Bizə hörmətsizlik oldu" sözlərini deyib.
Sevil və Sevinc "Hörmətsilzlik deyil. Mən də aparıcı olmuşam, qonağıma hörmət etmişəm. Burada tamaşaçı qarşısında bizi belə təqdim edirsiniz. Bizim yox, komandanızın problemidir" deyə, etiraz bildirib.
Daha sonra isə Vüsalə və əkizlərin mikrofonunu bağlanıb.
Vüsalə "Aparıcı stajım da, yaşım da sizdən çoxdur. Gedişatı bilirəm, formatımız budur" deyə, söhbəti bitirməyə çalışıb. (Axşam.az)
- Efirdən gedən Toliki bu xanım əvəz edəcək
- Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
- 40 ağacı kəsdiyi üçün saxlanıldı - DİN
- Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı
- Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib
- Toliklə Elgizin verilişinin bağlanmasının səbəbi - Rəsmi
- Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul etdi
- Azercell “Bakı Marafonu 2026”nın eksklüziv tərəfdaşıdır