Prezident İlham Əliyev “Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
BUTA.TV sərəncamın mətnini təqdim edir:
1. “Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:
2.1. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin;
2.2. Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Mərkəzi Bankının sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə Dövlət Proqramında dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuş tədbirlərin icrası üçün tələb olunan vəsaitin dövlət büdcəsinin 2027–2030-cu illər üzrə proqnozlarında nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər görsün.
- Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin yekun çıxışı...
- Leyla və Arzu Əliyevalar uşaq evini ziyarət etdilər
- Prezidentin qızları bayramı onlarla keçirdi - Fotolar
- İyunda bəzi rayonlarda 40 dərəcə isti olacaq
- FHN Qəbələdə seminar-müşavirə keçirdi - Foto
- İrandan 35 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı
- Adambaşına düşən sığorta haqqı 220 manata çatdırılacaq
- Cəza müddətinin sonuna az qalmış qadın məhkumlarla görüş...