Ağdaşda kabab bişirib bayram etmək istəyi ana və övladına baha başa gəlib.
“BUTA.TV” Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində - Nizami küçəsində yerləşən evlərdən birində baş verib.
Manqal qalayıb kabab bişirmək istəyən ailə üzvləri küləkli havada ehtiyatsız şəkildə benzini manqala tökərək od vurublar. Nəticədə benzin partlayışa səbəb olub.
Hadisə zamanı 1956-cı il təvəllüdlü Əliyeva Ədalət Yunis qızı və 1978-ci il təvəllüdlü oğlu Əliyev Ərəstun Arif oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- Rusiya Ermənistana xəbərdarlıq etdi - Məktub göndərildi
- Bayram günü kabab bişirmək istədilər, xəstəxanalıq oldular
- Qurbanlıqları bu ünvanlardan ala bilərsiniz - Siyahı
- Sabah 32 dərəcə isti olacaq
- Qəbələnin bir hissəsi qazsız qaldı - Səbəb
- Temperatur 40°-yə çatacaq
- DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırdı
- Ülviyyə Həmzəyeva yenidən sədr seçildi