Azərbaycanda seçicilərin sayı açıqlanıb.
BUTA.TV xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına həsr olunan iclasında MSK sədri Məzahir Pənahov bildirib.
O vurğulayıb ki, 2026-cı il may ayının 26-na olan məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısına 6 milyon 332 min 229 seçici daxil edilib.
Seçicilərin təqribən 47,59 faizini kişilər, 52,41 faizini isə qadınlar təşkil edir.
Seçicilərin 42 faizindən çoxu 30-50 yaş aralığındadır.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, Azərbaycan üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə yanvar ayının əvvəllərindən başlanır. Məntəqə seçki komissiyaları hər il fevralın 5-dək öz ərazilərində seçici siyahılarını dəqiqləşdirərək dairə seçki komissiyalarına (DSK) təqdim etməlidirlər. DSK-lar ən gec aprelin 5-dək seçki dairələri üzrə dəqiqləşdirilmiş ilkin seçici siyahılarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir. MSK da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirməlidir. Seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən MSK-nın müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilməlidir.
- Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq?
- 14 il əvvəl törədilmiş cinayətin üstü açıldı: qadın saxlanıldı
- Aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri açıqlandı
- Prezident daha bir sərəncam imzaladı
- 26 aprel imtahanının nəticələri açıqlandı
- Bakı metrosunda qatarlar yubandı – Səbəb
- Onlara Dövlət Mükafatları verildi
- İlham Əliyev bir sıra məhkəmələrə sədr təyin etdi