Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Belə ki, sentyabrın 21-də Xocavənd rayonu ərazisində yaralı erməni qadın Azərbaycan Ordusunun hərbi qulluqçularına yaxınlaşaraq onlardan yardım istəyib.
Hərbi qulluqçularımız dərhal yaralı qadına ilkin tibbi yardım göstərərək onu yaxınlıqdakı hərbi hospitala təxliyə edib.
Peşəkar hərbi həkimlərimiz tərəfindən erməniəsilli sakin cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır.
- Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi
- Faktiki hava: Bu rayonlara yağış yağır
- Sumqayıtda xeyir-şər evləri bağlanır?
- Zərdabda ağır qəza: ölən və yaralananlar var
- Hava şəraiti: FHN əhaliyə xəbərdarlıq etdi
- Sabah bu yollar bağlanacaq
- Səbinə Əliyeva Ruben Vardanyanla görüşdü
- Ötən gün itkin kimi axtarışda olan dörd nəfər tapıldı